Azərbaycan Ukraynaya minatəmizləmə maşınları verəcək

16:41 11 Avqust 2023

Azərbaycan Ukraynaya minatəmizləmə maşınları verəcək.

 Sitat.infoxəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, tərəflər həmçinin minatəmizləmə sahəsində təcrübə mübadiləsi aparacaqlar.

Məlumata görə, Azərbaycan tərəfi Ukraynaya mexanikləşdirilmiş minatəmizləmə maşınının daxil olacağı yeni yardım paketini elan edib.

Qeyd olunub ki, rəsmi Bakı Kiyevə bütün lazımi dəstəyi göstərməyə hazırdır.

//Report



Xəbər xətti