Polşada qatar yük maşını ilə toqquşdu: 20 yaralı

20:04 11 Avqust 2023

Polşada qatarın yük maşını ilə toqquşması nəticəsində 20-dən çox insan xəsarət alıb.

Sitat.info xəbər verir ki, bu barədə Polşa Dövlət Yanğından Mühafizə Xidməti "X" sosial şəbəkəsində (Tvitter) məlumat yayıb.

Qəza Mazovets vilayətinin Dalanuvek kəndi yaxınlığında baş verib. Hadisə yerində Yanğından Mühafizə Xidmətinin 45 əməkdaşı və 11 yanğınsöndürən maşın var.

//Axtar.az



Xəbər xətti