Almaniyada siyasətçilərə qarşı hücumlar artıb

20:23 11 Avqust 2023

Almaniyada siyasətçilərə qarşı hücumlar 2023-cü ilin yanvar-iyun dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə artıb.

Sitat.info xəbər verir ki, Almaniya hökumətinin Almaniya üçün Alternativ (AfD) Partiyasının parlament sualına verdiyi cavaba görə, 2023-cü ilin birinci yarısında Bundestaqda təmsil olunan partiyaların nümayəndələrinə qarşı 739 hücum qeydə alınıb. Xatırladaq ki, ötən ilin eyni dövründə bu rəqəm 392 olub.

2022-ci ilin birinci yarısında partiya binalarına qarşı 214 hücum təşkil edildiyi, 2023-cü ilin yanvar-iyun dövründə isə bu rəqəmin 281-ə yüksəldiyi bildirilib.

Bu hücumların əksəriyyətinin siyasətçilərə qarşı təhqir və təhdidlərdən ibarət olduğu qeyd edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti