Pakistanın Konstitusiya Məhkəməsi bu qanunu ləğv etdi

20:25 11 Avqust 2023

Milli mətbuatda yer alan xəbərlərə görə, məhkəmə qərarlarına yenidən baxılmasını nəzərdə tutan qanunu qiymətləndirmək üçün bir araya gələn Konstitusiya Məhkəməsi heyəti, konstitusiyaya zidd hesab etdiyi bu qanunun ləğvinə qərar verib.

Sitat.info xəbər verir ki, Konstitusiya Məhkəməsinin qərarında vurğulanıb ki, parlament öz yurisdiksiyasına və səlahiyyətlərinə aid heç bir mövzuda qanun qəbul edə bilməz.

Milli Məclisdə aprelin 14-də səlahiyyət müddəti avqustun 9-da başa çatan koalisiya hökuməti tərəfindən qəbul edilən sözügedən qanun mayın 5-də Senat tərəfindən təsdiqlənərək prezident Arif Alvi tərəfindən imzalanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti