Danimarkada Qurana hücumlar davam edir

20:28 11 Avqust 2023

Danimarkanın paytaxtı Kopenhagendə Qurani-Kərimə hücumlar davam edir. Təxribatlar polisin iştirakı ilə həyata keçirilib.

Sitat.info xəbər verir ki, İslam əleyhinə və irqçi “Danske Patrioter (Danimarka Patriotları)” qruplaşmasının üzvləri bu gün Kopenhagendə Pakistan, Əlcəzair, İndoneziya və Mərakeş səfirlikləri qarşısında Qurani-Kərimi yandırıblar.

Daha sonra qrup Kopenhagendəki məscidin qarşısında Qurani-Kərimi yandırıb.

İslam əleyhinə pankart açıb şüarlar səsləndirən qrup bu anları sosial media hesabından canlı yayımlayıb.

Təxribatlar polisin iştirakı ilə həyata keçirilib.

Facebook, qrupun sosial mediada paylaşdığı bəzi videoları məhdudlaşdırıb 

Aytəkin

Sitat.info



Xəbər xətti