Avropa həm sel, həm də meşə yanğınları ilə mübarizə aparır

20:30 11 Avqust 2023

Son zamanlar Avropanın müxtəlif ölkələrində iqlim dəyişikliyinin təsiri ilə daşqınlar və meşə yanğınları müşahidə olunur. Avropa eyni zamanda bu fəlakətlərlə mübarizə aparır.

Sitat.info xəbər verir ki, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının Avropa Regional Sağlamlıq, Fəlakət, Böhran və İqlim Bölməsinin rəhbəri Andreas Vaysenberq BMT-nin Cenevrə ofisinin onlayn olaraq iştirak etdiyi həftəlik mətbuat konfransda iqlim dəyişikliyi ilə əlaqədar Avropada baş verən ekstremal və gözlənilməz iqlim hadisələri ilə bağlı qiymətləndirmələr aparıb. 

"Hans" fırtınası səbəbiylə Skandinaviya bölgəsində və xüsusilə Norveçdə güclü külək, şiddətli yağış və torpaq sürüşmələrinin müşahidə edildiyini qeyd edən Vaysenberq, bu səbəbdən elektrik xətlərinin aşdığını və yolların bağlandığını bildirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti