Havay cəhənnəmi yaşayır: 55 ölü, yüzlərlə itkin

20:34 11 Avqust 2023

ABŞ-da son illərin ən ölümcül meşə yanğınında 55 nəfər həyatını itirib, yüzlərlə adam itkin düşüb. ABŞ prezidenti Co Bayden Havay adalarını fəlakət bölgəsi elan edib. 11700-dən çox bina dağıldı.

Sitat.info xəbər verir ki, Havay adaları meşə yanğınları üçün yad deyil, lakin son yanğınlar ən pisdir. Hələ də davam edən meşə yanğınlarının törətdiyi dağıntıların miqyası da artır.

Yaşayış məntəqələrinə yayılan yanğınlar bəzi şəhərlərin tamamilə yanmasına səbəb olub.

Alov Lahainanı o qədər sürətlə bürüyüb ki, sağ qalanlar alovdan xilas olmaq üçün dənizə tullanmalı oldular.

Onlarla insanın həyatını itirdiyi yanğınların səbəbləri hələ də araşdırılır. Lakin qasırğalı küləklər və quru hava alovların artmasına kömək edir.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti