Norveç günlərdir davam edən leysan yağışların ölkənin cənub-şərqindəki çay və göllərdə suyun səviyyəsini yüksəltməsindən sonra bölgədən daha çox insanın təxliyə oluna biləcəyini açıqlayıb.
Sitat.info xəbər verir, "Hans" fırtınası və leysan yağışlar səbəbiylə sürüşmə, daşqın kimi hadisələrin yaşandığı Norveçdə çay və göllərdə su səviyyəsi yüksəlməyə davam edir.
Rəsmilər, Beqna çayının su səviyyəsinin yüksəlməsiylə sürüşmə riski səbəbindən ən çox zərər çəkmiş bölgələrdən biri olan Honefossdan daha çox insanı təxliyə etməyi planlaşdırdıqlarını bildirib.
İndiyədək bölgədən təxminən 3600 nəfərin təxliyə edildiyi bildirilir.
Aytəkin
Sitat.info