Zelenski: Bütün regional hərbi komissarları korrupsiyaya görə işdən çıxarırıq

20:40 11 Avqust 2023

Ukrayna prezidenti Volodimir Zelenski işə qəbul sistemindəki korrupsiyaya görə bütün bölgələrin hərbi komissarlarını işdən çıxaracaqlarını açıqlayıb.

Sitat.info xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi açıqlamada Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbədənkənar iclas keçirdiyini bildirib.

İclasın mühüm mövzularından birinin hərbi bölmələrdə aparılan yoxlamanın nəticələri olduğunu deyən Zelenski Ukrayna Dövlət İstintaq Bürosunun, Ukrayna Təhlükəsizlik Xidmətinin, Daxili İşlər Nazirliyinin, Baş Prokurorluq və digər qurumların hesabatlarını dinlədiyini qeyd edib.

Ayna

​​​​​​​Sitat.info



Xəbər xətti