Rusiya Mərkəzi Bankı 2026-cı ilə qədər geosiyasi şərtlərin dəyişməyəcəyini və Rusiyaya qarşı sanksiyaların davam edəcəyini proqnozlaşdırıb.
Sitat.info xəbər verir ki, Rusiya Mərkəzi Bankının “2024-2026-cı illər Dövlət Pul Siyasəti” başlığı ilə dərc etdiyi hesabatda ölkə iqtisadiyyatına dair qiymətləndirmələr yer alıb.
Hesabatda 2024-2026-cı illəri əhatə edən baza ssenarisinə əsasən, ölkə iqtisadiyyatı hər il 1,5-2,5 faiz balanslaşdırılmış artıma nail olacaq.
Qloballaşmanın azalması ilə əlaqədar neft qiymətlərində azalma olacağını xatırladan hesabatda Rusiyanın Ural neftinin qiymətinin 2025-ci ildə 45 dollar olacağı da bildirilib.
Seymur Bənnayev
Sitat.info