Rusiyanın Zaporojyeyə hücumundan sonra hadisə yerində araşdırmalar aparılır

20:52 11 Avqust 2023

Ötən gün Rusiyanın Ukraynanın Zaporojya şəhərinə hücumundan sonra polis hadisə yerində araşdırma aparır.

Sitat.info xəbər verir ki, Rusiyanın raket hücumu nəticəsində “Reikartz” oteli zədələnib, ətrafdakı maşınlar yararsız hala düşüb.

Ukrayna polisinin araşdırma apardığı hadisə yerinə düşən raketlər nəticəsində yaranan çuxurlar diqqət çəkib.

AA müxbirinin polis rəsmilərindən əldə etdiyi məlumata görə, fəaliyyətdə olan otelə hücum iki raketlə həyata keçirilib. Hücum zamanı oteldəki mülki şəxslər qruplar tərəfindən xilas edilib.

Ukrayna Daxili İşlər Nazirliyinin verdiyi açıqlamaya görə, 1 nəfər ölüb, 4-ü uşaq olmaqla 19 nəfər yaralanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti