Rusiya: Ukrayna 20 PUA ilə Krım yarımadasına hücum etməyə cəhd edib

12:19 12 Avqust 2023

Rusiya Müdafiə Nazirliyi Ukraynanın 20 pilotsuz uçuş aparatı (PUA) ilə Krım yarımadasına hücum etməyə cəhd etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən məlumat verilib.

“Bu gecə Kiyev rejiminin 20 PUA ilə Krım yarımadası ərazisindəki obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - nazirliyin məlumatında deyilir.

Açıqlamada 14 PUA-nın Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən, 6 PUA-nın isə elektron döyüş maşını ilə vurulduğu bildirilib.

Bloklanan terror aktları nəticəsində insan tələfatı və dağıntı olmayıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Krım 2014-cü ildə Rusiya tərəfindən ilhaq edilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti