Bolqarıstan Rusiyadakı səfirini geri çağırıb

17:15 28 Mart 2022

Bolqarıstanın Rusiyadakı səfiri Atanas Krıstyev məsləhətləşmə üçün Sofiyaya çağırılıb.

SİTAT.İNFO “Report”a istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın Baş naziri Kiril Petkov martın 28-də məlumat verib.

“Bu gün Moskvadan humanitar uçuş həyata keçirilib. Təyyarənin göyərtəsində Rusiyadakı səfirimiz də olub. O, məsləhətləşmələr üçün Sofiyaya qayıdıb. Təyyarənin göyərtəsində Bolqarıstanın daha 64 vətəndaşı olub”, - Baş nazir NATO-ya üzv olan Cənub-Şərqi Avropa dövlətlərinin hökumət başçılarının görüşünün yekunlarına həsr edilən mətbuat konfransında uyğun sualları cavablandırarkən deyib.

Onun sözlərinə görə, oxşar addımları NATO-dakı başqa müttəfiqlərin atacağı da gözlənilir.

Qeyd edək ki, martın 23-də Kiril Petkov Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofonovanın ölkəsində baş verənlər barədə feysbuk səhifəsində yaydığı fikirlərdən razı qalmadığını bildirmişdi.



Xəbər xətti