Krım körpüsünə raket hücumları davam edir

16:40 12 Avqust 2023

Krım körpüsü vurulub və burada nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

 Sitat.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, ərazidə partlayış və silah səsləri eşidilir.

Körpünün Ukrayna ordusu tərəfindən vurulduğu ehtimal edilir.

***

Krım respublikasının "rəhbəri" Sergey Aksyonov Krım körpüsünün vurulduğunu təsdiqləyib.

O, bu barədə Teleqramda yazıb.

S.Aksyonovun sözlərinə görə, əraziyə 2 raket atılıb və onlar zərərsizləşdirib.

Məlumata görə, körpü zədələnməyib.

***

Krım körpüsündə nəqliyyatın hərəkəti bərpa olunub.

Bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, maşınlar hərəkətini davam etdirirlər.

***

Krım körpüsünə raket hücumları davam edir.

Bu barədə Qondarma Krım respublikasının rəhbəri Sergey Aksenov məlumat yayıb.

Onun sözlərinə görə, hücumların qarşısı alınır.

//Axtar.az



Xəbər xətti