NATO-nun Avropada növbəti təlimi başladı

17:48 28 Mart 2022

Niderlandın şimalındakı Leuvarden Hərbi Hava Bazasında NATO-nun "Frisiya Bayrağı 2022" təlimi başlayıb.

SİTAT.İNFO Axar.az-a istinadən xəbər verir ki, Leuvarden F-35 Hava Bazasından verilən açıqlamada təlimin Danimarka hava məkanında reallaşacağı bildirilib.

ABŞ, Britaniya, Fransa və Kanada da daxil olmaqla NATO-ya üzv ölkələrin 30 döyüş təyyarəsi Leuvarden bazasına enib.

Təlimə F-35, F-18, F-16 döyüş təyyarələri ilə yanaşı, “AH-64 Apaçi”, “AS532U2 Cougar” helikopterləri, SA-6 və SA-8 hava hücumundan müdafiə sistemləri də cəlb olunub.

1000-ə yaxın şəxsi heyətin iştirak etdiyi təlim aprelin 8-dək davam edəcək.



Xəbər xətti