Rusiya Odessanı “Şahid” və “Kalibr”lərlə atəşə tutdu - Video

10:30 14 Avqust 2023

Bu gün gecə saatlarında Rusiya Ukraynanın Odessa şəhərini atəşə tutub.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Məlumata görə, ruslar şəhərə 15 "Şahid" PUA-sı və 8 "Kalibr" raketi ilə hücum edib.

Bildirilib ki, vurulan raketlərdən birinin qalığının şəhərdəki hipermarketə düşməsi nəticəsində dağıntı və yanğınlar baş verib. Hipermarketin 3 işçisi yaralanıb.



Xəbər xətti