Ermənistanın Su-30 təyyarələri Ukraynanın işğalında iştirak edir: İrəvana sanksiya olacaqmı?

17:49 28 Mart 2022

"Ermənistanın Su-30SM təyyarələrinin Rusiyanın Ukraynanın işğalı hücumuna cəlb edildiyi haqda məlumat yayılıb. Bu informasiyanı gücləndirən bir neçə məqam da var.

Birincisi, Rusiya S-30-ları Ermənistana versə də, raketlərini verməmişdi və faktiki olaraq təyyarələr istifadəsiz halda qalıb: ruslar istifadə edilməyən təyyarələri raketlə təmin edərək, müharibəyə cəlb edə bilərlər;

İkincisi, Ukraynada müharibənin gedişatı Rusiyanı əlavə hərbi texnika və canlı qüvvə cəlb etməsini şərtləndirir: S-30-ların Ermənistandan alınması ən asan seçimlərdəndir".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı deyib. 

Onun sözlərinə görə, Ermənistan Rusiyanın belə bir istəyindən imtina etməz: "Bu ölkənin ordusunun hərbi təchizatı bütövlükdə Rusiya tərəfindən həyata keçirilir, Moskvanın istəyini geri çevirmək, erməni ordusunun bundan sonrakı təchizatında da problemlərə yol aça bilər.

Dördüncüsü, Ermənistan S-30-ları Rusiyaya “texniki baxış” adı ilə göndərə və Rusiyanın istifadəsinə verdiyini bu yolla kamuflyaj edə bilər.  Qərbin marağında olsa, bu məlumatın dəqiqliyini yoxlamaq imkanı genişdir".



Xəbər xətti