Ukrayna: Rusiya 15 "Şahed" tipli PUA və 8 "Kalibr" raketi ilə hücuma keçdi

11:24 14 Avqust 2023

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın 15 “Şahed” tipli pilotsuz uçuş aparatı (PUA) və 8 “Kalibr” raketi ilə Ukrayna ərazisinə hücum etdiyini bildirib.

Sitat.info xəbər verir ki, Komandanlığın verdiyi açıqlamaya görə, ötən gecə Rusiya pilotsuz təyyarələr və “Kalibr” raketləri ilə Ukrayna ərazisinə bir neçə hücum həyata keçirib.

Rusiya ordusunun PUA-ları cənub-şərqdən, raketləri isə Qara dənizdən atdığı bildirilən açıqlamada deyilir: "Düşmən 15 ədəd Şahed-136/131 hücum PUA-sı və 8 ədəd Kalibr raketindən istifadə edib. Hava hücumundan müdafiə qüvvələri müdafiə qüvvələrinin digər bölmələri ilə əməkdaşlıq edərək bütün hədəfləri məhv edib”. 

Açıqlamaya görə, hava hədəflərinin vurulması üçün zenit idarəolunan raketlərdən və yaxın mühafizə bölmələrinin atıcı silahlarından istifadə edilib.

Bildirilib ki, Odessa şəhərinin zenit döyüşü nəticəsində raket və PUA hissələrinin düşdüyü bir neçə bölgədə yanğın baş verib, hadisə yerində axtarış-xilasetmə qrupları işləyir.

Açıqlamada həmçinin yerli vaxtla saat 05:00 radələrində rus helikopterinin Baxmut istiqamətində raketdən müdafiə bölmələri tərəfindən vurulduğu da paylaşılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti