ABŞ-da nümayiş uçuşu həyata keçirən qırıcı təyyarə yaşayış binasının dayanacağına çırpılıb. Düşməyə az qalmış paraşütlə tullanan iki pilot qəzadan xəsarətlə xilas olub.
Sitat.info xəbər verir ki, qəza ABŞ-ın Miçiqan ştatında nümayiş uçuşu zamanı baş verib.
Təyyarənin iki pilotu qəzaya az qalmış buraxılış sistemini işə sala bilib və paraşütlə eniş edib.
Yüngül xəsarət alan pilotlar xəstəxanaya çatdırılıb, vəziyyətlərinin yaxşı olduğu bildirilib.
Seymur Bənnayev
Sitat.info