Nigeriyada Boko Haram hücumu: 13 ölü

12:33 14 Avqust 2023

Boko Haram terror təşkilatının Nigeriyanın şimal-şərqində təşkil etdiyi hücumda 13 nəfər həlak olub.

Sitat.info xəbər verir ki,  terror təşkilatı Boko Haramın üzvləri Borno əyalətinin Vulari kəndinə hücum həyata keçirib.

Hücumda 13 mülki vətəndaş həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Nigeriyada 2000-ci illərin əvvəllərindən bəri mövcud olan Boko Haramın təşkil etdiyi kütləvi zorakılıqlarda on minlərlə insan həyatını itirib.

Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları olan Kamerun, Çad və Nigerə ​​də hücumlar həyata keçirir.

Məğrur,

Sitat.info

 



Xəbər xətti