Ukrayna Krım körpüsünə S-200 və PUA-larla hücum edib

13:55 14 Avqust 2023

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Zaxarova Ukraynanın Krım körpüsünə İHA və hücum arsenalı ilə təchiz edilmiş S-200 tipli raket sistemləri ilə hücum etdiyini bildirib.

Sitat.info xəbər verir ki, hücumu “terror aktı” kimi qiymətləndirən Zaxarova bu sözləri deyib:  “Bu terror hücumlarını qətiyyətlə pisləyirik. Krım körpüsü sırf mülki infrastruktur obyektidir və körpüyə hücumlar qəbuledilməzdir.

Keçən ilin payızından bəri körpü bu cür hücumlara məruz qalır və nəticədə mülki əhali arasında itkilər olur. Ona görə də Qərbin intensiv köməyinə baxmayaraq, təmas xəttindəki vəziyyəti dəyişə bilməyən Ukrayna Silahlı Qüvvələri gizli terror üsullarından istifadə edərək mülki infrastruktura və dinc sakinlərə cavab zərbələri endirməyə çalışır.

Hücumların S-200 raketləri və 20 İHA ilə həyata keçirildiyini bildirən Zaxarova deyib ki, hücum sursatları ilə təchiz olunmuş S-200 raketi atıldı. Raket Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən dərhal aşkar edilərək havada məhv edilib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb. Daha sonra Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən düşmənin daha bir raketi vurulub. Bundan əlavə, Krım Ukrayna tərəfindən kütləvi dron hücumuna məruz qalıb.

“Hücumda istifadə edilən 20 pilotsuz uçuş aparatından 14-ü hava hücumundan müdafiə vasitələri ilə məhv edilib, 6-sı isə elektron döyüş sistemləri ilə zərərsizləşdirilib.

Nərgiz,

Sitat.info



Xəbər xətti