Qoşunlarımız keçən həftə Baxmut istiqamətində 3 kvadrat kilometr ərazini azad edib.
Sitat.info xəbər verir ki, bu sözləri Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
Malyar yerli televiziya proqramında çıxışında cəbhə xəttindəki vəziyyəti dəyərləndirib.
Rusiya ordusunun son iki həftədə Kupyansk və Port istiqamətlərində fəallaşdığını qeyd edən Malyar, Ukraynanın Baxmutdakı uğurlarına Rusiyanın reaksiyası verdiyini bildirib.
Ukrayna əsgərlərinin son bir həftədə Baxmut istiqamətində uğur qazandığını qeyd edən Malyar deyib ki, müdafiə qüvvələri keçən həftə Baxmut istiqamətində 3 kvadrat kilometr ərazini xilas etdi.
A. Malyar Baxmut istiqamətinin cənub cinahında ümumilikdə 40 kvadrat kilometr ərazinin azad edildiyini bildirib: “Düşmən bu həftə Klişiyevka, Andriyevka və Kurdyumivkanın qərbindəki rayonlarda itirdiyi mövqeləri geri almağa çalışıb”.
Müdafiə nazirinin müavini Malyar həmçinin qeyd edib ki, son 1,5 həftə ərzində Ukrayna ordusu Liman və Kupyansk istiqamətində Rusiyanın gücünü zəiflədib: "Lakin Rusiya ordusu daha da irəliləməyə çalışmaq üçün qüvvələr toplayıb, yenidən qruplaşıb və yeni texnikaya malikdir. Bu bölgələrdə vəziyyəti daha da çətinləşdirir".
Cənub cəbhəsində Melitopol və Berdyanskda Ukrayna ordusunun hücum əməliyyatlarını davam etdirdiyinə diqqət çəkən Malyar deyib ki, bu həftə Urojayne qəsəbəsində qarşıdurmalar davam etdi, orada bəzi uğurlar əldə edildi
Məğrur,
Sitat.info