Rusiya döyüş təyyarələri Hollandiya hava məkanına daxil olmağa cəhd edib

14:31 14 Avqust 2023

Hollandiya hava məkanına yaxınlaşan iki Rusiya döyüş təyyarəsinin Danimarka hava məkanına daxil olmaq cəhdinin qarşısının alındığı açıqlanıb

Sitat.info xəbər verir ki, Hollandiya Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, yerli vaxtla saat 07:00 radələrində Rusiyaya məxsus 2 ədəd "F-16" döyüş təyyarəsinin Hollandiya hava məkanına yaxınlaşdığı müəyyən edilib.

Danimarka tərəfindən "Quick Response Alert" (QRA) sistemləri işə salındıqdan sonra təyyarələrin həmin ölkənin hava məkanında olmaq cəhdinin qarşısı alınıb.

Açıqlamada Hollandiya "F-16"larının 24 saat həyəcan vəziyyətində olduğu, lazım gəldiyi təqdirdə dəqiqələr ərzində hərəkətə keçə biləcəkləri də vurğulanıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti