Bakıda külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vüsal Sadıqova hökm oxunub.
Sitat.info xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Məhkəmənin hökmü ilə ona bəraət verilib.
Qeyd edək ki, ittiham aktına əsasən, bir müddət əvvəl Bakıda polis əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat nəticəsində V.Sadıqov tutularaq istintaqa təqdim edilib. Onun üzərindən külli miqdarda narkotik aşkarlanıb.