Londonun Kiyevə verdiyi “Çellencer 2” tankları Ukraynadakı döyüş meydanında görünməyib.
Sitat.info xəbər verir ki, bu barədə britaniyalı polkovnik-leytenant Stüart Krouford “Deyli Ekspress” üçün yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, tanklar Ukraynada faktiki olaraq itib:
“Hələlik “Çellencer 2” tanklarını izi belə yoxdur. Hazırda Ukraynada olan hərbi müxbir Conatan Bil Tvitter hesabında yazıb ki, Ukraynadakı hərbi əməliyyatlara rəhbərlik edən iki generaldan tankların yeri barədə soruşub. Onlar isə cavab veriblər ki, Ukrayna ordusunda həmin tanklardan yoxdur”.
Kroufordun fikrincə, ukraynalı hərbçilər “Çellencer”ləri döyüşə göndərməyiblər, tanklar haradasa başqa yerdə saxlanılır.
Qeyd edək ki, Britaniyanın Ukraynaya 14 ədəd “Çellencer 2” tankı verdiyi bildirilir.