Türkiyənin kurort zonasında meşə yanğını başladı

19:16 14 Avqust 2023

Türkiyənin Antalya vilayətinin Manavqat rayonunda yaşayış məntəqələrinə yaxın meşəlik ərazidə yanğın başlayıb.

Sitat.info xəbər verir ki, yanğının söndürülməsi üçün bölgəyə 3 helikopter, 4 təyyarə, 7 suçiləyici və 6 su tankeri cəlb olunub.

Yanğının baş vermə səbəbi hələlik məlum deyil.



Xəbər xətti