İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib ki, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan yaxın vaxtlarda Səudiyyə Ərəbistanına səfər edəcək.
Sitat.info xəbər verir ki, İranın İSNA xəbər agentliyinin məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Kənani paytaxt Tehranda keçirilən həftəlik mətbuat konfransında gündəmə dair sualları cavablandırıb.
Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin İran prezidenti İbrahim Rəisini ölkəsinə rəsmi dəvət etməsinin sualına isə nani cavab verib: "Bu səfərin tarixi hələ müəyyənləşməyib. Səfər tarixin müəyyənləşdiriləndə uyğun vaxtda baş tutacaq".
Seymur Bənnayev
Sitat.info