ABŞ: Əgər Avropada potensial doludursa, biz burada ukraynalı pilotların hazırlanmasına açığıq

19:59 14 Avqust 2023

Ağ Ev bildirib ki, Avropadakı imkanlar dolarsa, ukraynalı pilotlar ABŞ-da F-16 təlimləri keçirməyə hazırdırlar.

Sitat.info xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Ukraynalı pilotların F-16 təlimi ilə bağlı isə Kirbi prosesin vaxt aparacağına diqqət çəkib və bu mövzuda avropalı tərəfdaşlarla işləməyə davam etdiklərini bildirib.

Kirbi, Avropa ölkələrində potensialın dolduğu təqdirdə, ABŞ-da ukraynalı pilotların təliminə açıq olduqları mesajını verib.

Aytəkin Əliyeva

Sitat.info



Xəbər xətti