ABŞ ordusu Suriyadakı bazalarına əlavə qüvvələr göndərir

13:14 15 Avqust 2023

ABŞ ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Deyr əz-Zor vilayətindəki bazalara 50-yə yaxın avtomobildən ibarət gücləndirmə karvanı göndərib.

Sitat.info xəbər verir ki, dünən ABŞ qüvvələrinin karvanı İraq və Suriya arasındakı əl-Valid sərhəd qapısından keçərək Həsəkəyə daxil olub.

Təxminən 50 maşından ibarət konvoy Deyr əz-Zor çölündə terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki Koniko və əl-Ömər neft yataqlarında ABŞ qüvvələrinin bazalarına çatıb.

Seymur Bənnayev

​​​​​​​Sitat.info



Xəbər xətti