Havayda davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı sürətlə artmaqda davam edir. Səlahiyyətlilər axtarışların sürətləndiyi üçün yaxın günlərdə hər 24 saatdan 10-20 cəsədin tapılacağını təxmin edir. Bölgədə fəlakətin hökm sürdüyü bir vaxtda tətildə olan Bayden isə ciddi tənqid olunub.
Sitat.info xəbər verir ki, Havay adasının Maui adasında bir həftə əvvəl başlayan meşə yanğınları bütün şiddətilə davam edir. Yanğınsöndürənlərin yanğınla mübarizəsi davam edərkən axtarış işlərinə itlər də cəlb olunub. Açıqlanan son ölü sayı hələlik 99-dur və 1300 nəfərdən xəbər yoxdur.
Yanğının şiddəti azaldıqca, cəsədlərin sayının kəskin artacağı qeyd olunub. Xilasedicilər yanmış evləri və avtomobilləri axtarır.
Ötən həftə bölgədə rabitə xətlərinin kəsilməsindən sonra itkilərin sayı əslində 2000 civarında idisə, insanlar arasında əlaqə bərpa olunandan sonra bu rəqəm 1300-ə düşüb.
Rəsmilər ailələri itkin düşmüş şəxsləri və tanınmayan cəsədləri müəyyən etmək üçün DNT analizi verməyə çağırıb.
Digər tərəfdən, ABŞ prezidenti Co Bayden bir müddətdir davam etdiyi tətilini bu böyüklükdə fəlakətə baxmayaraq pozmayıb. Sahildən paylaşılan fotoşəkillərdə həyat yoldaşı ilə günəş vannası qəbul edən Bayden tənqid hədəfi olub. Bundan əlavə, Bayden dünən keçirdiyi mətbuat konfransında yanğınlarla bağlı verilən suala 'Cavab yoxdur' deyib.
Baydenin cavabını tənqid edən respublikaçılardan biri Uesli Hant deyib: Havay ABŞ-ın bir hissəsi deyildimi? Necə olur ki, prezidentin deməyə sözü yoxdur? Biz milyonlarla amerikalının üzləşdiyi fəlakətlə mübarizə aparmaqdansa, vaxtını günəş kremi sürtməyə sərf edən liderinin rəhbərlik etdiyi və tənəzzüldə olan bir millətik".
Nərgiz,
Sitat.info