Fransada bina yanğını: 3 nəfər ölüb, 21 nəfər yaralanıb

14:08 15 Avqust 2023

Fransanın cənubundakı Alpes-Maritimes bölgəsində bir binada baş verən yanğında 3 nəfər ölüb, 21 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, "Radio-France"in xəbərinə görə, səhər saatlarında Qras şəhərində 5 mərtəbəli binada yanğın baş verib.

Hadisə zamanı 3 nəfər həyatını itirib, 3-ü ağır olmaqla 21 nəfər yaralanıb.

Bölgəyə 50-yə yaxın xilasedicinin gələrək 17 maşınla müdaxilə etdiyi yanğın nəzarət altına alınıb.

Yanğının baş verdiyi bina və ətrafdakı tikililər ehtiyat tədbiri olaraq təxliyyə edilib.

Səbəbi hələ dəqiqləşdirilməyən yanğınla bağlı araşdırmalara başlanılıb.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti