Rusiyadan Ukraynaya daha bir hava hücumu! Ölənlər var

15:44 15 Avqust 2023

Rusiyanın Ukraynanın Lvov şəhərinə endirdiyi hava zərbəsi nəticəsində 3 nəfər ölüb


Rusiya ilə Ukrayna arasında müharibə davam edərkən, Rusiyanın Ukraynaya hücumları davam edir. Ukrayna hakimiyyəti Rusiya ordusunun gecə saatlarında Ukraynanın qərbində yerləşən Lvov şəhəri və Volın vilayətinə hava hücumu təşkil etdiyini açıqlayıb. Aviazərbələr nəticəsində 3 nəfər ölüb, onlarla insan yaralanıb.

Sitat.info bu barədə Ukrayna mediasına istinadən xəbər verir.

Volın vilayətinin qubernatoru Yuriy Poulyaiko verdiyi açıqlamada bildirib ki, Rusiya ordusu Volın vilayətinin Lutsk şəhərində sənaye müəssisəsinə hücum edib.

Burada ölüm halları qeydə alınıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Lvov qubernatoru Maksym Kozitski  Lvovda azı 15 nəfərin yaralandığını açıqlayıb. 6 dron onlarla binanı və uşaq bağçasının bağçasını vurub. Burada 10 yaşlı uşaq dünyasını dəyişib.

Ukraynanın baş naziri Denis Şmyal bildirib ki, Rusiyanın atdığı 28 qanadlı raket nəticəsində mülki yaşayış məntəqələri, məktəblər və xəstəxanalar da daxil olmaqla 8 bölgədə ziyan dəyib. Hava hücumundan müdafiə sistemləri 16 pilotsuz uçan aparatı məhv edib.

Ukrayna Prezident Aparatının rəhbəri Andriy Yermak  deyib ki, Rusiyanın gündəlik terror hücumlarının yalnız bir məqsədi var, bu da müharibədə ruhumuzu məhv etməkdir 

Digər tərəfdən, yerli rəsmilər bu gün həyata keçirilən hava hücumunun Rusiyanın Ukraynanı işğal etməsindən sonra Lvova edilən ən böyük hava hücumu olduğunu bildirib. NATO üzvü Polşa ilə həmsərhəd olan və cəbhə xəttindən yüzlərlə kilometr uzaqlıqda yerləşən Volın və Lvovda Ukrayna ordusu 18 aylıq müharibədə Rusiya ordusu ilə vuruşur.

Ayna,

Sitat.info

 



Xəbər xətti