Taliban administrasiyası ölkədə hökmranlığının ikinci ilini qeyd edir

16:47 15 Avqust 2023

Əfqanıstanda 2021-ci il avqustun 15-də paytaxt Kabilə daxil olan və ölkədə hökmranlıq edən Taliban idarəçiliyinin ikinci ilini qeyd edir.

Sitat.info xəbər verir ki, başda Kabil, Herat, Məzari Şərif və Qəndəhar olmaqla ölkənin müxtəlif şəhərlərində Taliban qüvvələri silah və hərbi maşınlarla şəhər turu təşkil edərək xalqı salamlayıb.

Taliban üzvləri tez-tez Talibanın lehinə və ABŞ əleyhinə şüarlar səsləndiriblər.

Əfqanıstanın cənubunda yerləşən və Taliban üçün simvolik əhəmiyyətə malik Qəndəhar vilayətində hərbi parad keçirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti