Hindistanın şimalında leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 55-ə yüksəlib.
Güclü yağışlar və külək ölkənin şimalındakı Himaçal-Pradeş ştatına təsir etməkdə davam edir.
Sitat.info xəbər verir ki, Himaçal-Pradeş əyalətinin baş naziri Suxvinder Sinqh Sukhu güclü yağışlar nəticəsində 55-ə yaxın adamın öldüyünü bildirib.
Ölənlərin sayının artacağından qorxduğunu bildirən Suxu axtarış-xilasetmə və bərpa işlərinin davam etdiyini bildirib.
Ştat polisi Bhakra bəndində suyun həcmi əhəmiyyətli dərəcədə artdığı üçün çay sahillərində yaşayan sakinlərə diqqətli olmaları barədə xəbərdarlıq edib.
Qeyd olunur ki, iyun ayından bəri ştatda güclü yağış və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 280-i keçib.
Dünən daxili işlər naziri Amit Şah bildirib ki, Milli Fəlakətlərə Cavab Qüvvələri (NDRF) qrupları axtarış və xilasetmə işləri üçün əyalətdə fəaliyyətə başlayıb.
Hindistan Meteorologiya İdarəsi (IMD) hər iki ştat üçün “qırmızı xəbərdarlıq” elan edərək, Himaçal-Pradeş və Uttarxandın müxtəlif bölgələrində güclü yağışların davam edəcəyini proqnozlaşdırmışdı.
Ayna,
Sitat.info