Liviya Milli Birlik Hökuməti paytaxt Tripolinin silahlı toqquşma baş verən ərazilərində fövqəladə vəziyyət rejimi tətbiq edir.
Sitat.info xəbər verir ki, bu barədə hökumət başçısının müavini Əhməd Bujina deyib.
"Biz toqquşmaların olduğu ərazilərdə fövqəladə vəziyyət elan edirik və tibb işçilərinin girişini təmin etmək üçün atəşkəsə çağırırıq", - deyə o bildirib.