Putin Qərbi suçladı, Çinə dostluq əli uzatdı

19:18 15 Avqust 2023

Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən Beynəlxalq Təhlükəsizlik Konfransında Qərbə qarşı ittihamlarını davam etdirib.

Sitat.info xəbər verir ki, 11-ci Beynəlxalq Moskva Təhlükəsizlik Konfransına videomüraciət göndərən Putin Qərb ölkələrinə istinad edərək bildirib ki, xalqları bir-birinə qarşı təhrik edən və dövlətləri vassal itaətə məcbur edən, onların resurslarından amansızcasına neoistifadə edən gizli qüvvələr var və dünyanın bir çox yerlərindəki münaqişələr Qərbin geosiyasi avantüraları və eqoist, neoimperialist davranışlarıdır”.

Rusiya dövlət mediasının məlumatına görə, hərbi nümayəndələrin üstünlük təşkil etdiyi konfransda 76 ölkədən 800-dən çox nümayəndə iştirak edib. Həmçinin Çinin yeni müdafiə naziri Li Şanfu da qonaqlar arasında olub. Konfransda çıxış edən Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsinin Hindistan, Vyetnam, Myanma, Monqolustan, Laos, İndoneziya və Banqladeş kimi Asiya ölkələri ilə əməkdaşlığı gücləndirmək məqsədi daşıdığını bildirib.

Çinin müdafiə naziri Li Şanfu çıxışında ölkəsinin dünyanın 150-dən çox ölkəsi ilə hərbi əməkdaşlıq qurduğunu və bunu artırmağı qarşısına məqsəd qoyduğunu deyib.

Rusiya 17 aydan çoxdur ərazisinə hücum etdiyi qonşusu Ukrayna ilə müharibə aparır. Putin Rusiyanın aqressiv davranışına reaksiya verən və sanksiyalar tətbiq edən Qərb dövlətlərini Rusiyaya qarşı sui-qəsddə ittiham edir.

Nərgiz,

Sitat.info



Xəbər xətti