İranın keçmiş prezidenti Ruhani mühakimə olunacaq

19:25 15 Avqust 2023

İranın keçmiş prezidenti Həsən Ruhaninin səlahiyyət müddətində "birja və valyuta bazarındakı artımlara həssas olmamaq" və "səmərəli mübarizə aparmamaq" ittihamları ilə din xadimləri üçün xüsusi məhkəmədə mühakimə olunacağı açıqlanıb. 

Sitat.info xəbər verir ki, İran Ədliyyəsinin sözçüsü Məsut Setayeşi həftəlik mətbuat konfransında İranın keçmiş prezidenti Həsən Ruhaniyə qarşı “birja və valyuta bazarındakı artımlara həssas olmamaq və effektiv mübarizə aparmamaq” ittihamı ilə açılan məhkəmə iddiaları ilə bağlı verilən sualı cavablandırıb. Seteyaşi deyib ki, həm də din xadimi olan Ruhani, ruhanilər üçün xüsusi məhkəmədə mühakimə olunacaq".

 İran parlament komitəsinin sədri Nəsrullah Pejmanfer iyunun 28-də “Ruhaninin birja və valyuta bazarına müdaxilələri” adlı hesabatının parlament tərəfindən İran Ədliyyəsinə göndərildiyini açıqlayıb.

Ruhani 2013-2021-ci illərdə iki müddət İran prezidenti olub. Ruhani hökumətinin ikinci dövründə (2017-2021) İran rialının ABŞ dollarına nisbətdə ucuzlaşması ilə əlaqədar valyuta bazarına etdiyi müdaxilələrə görə tənqid hədəfi olub.

Nərgiz,

Sitat.info



Xəbər xətti