Yaponiyanı vuran “Lan” qasırğası nəticəsində 20 nəfər xəsarət alıb

23:07 15 Avqust 2023

Yaponiyanın mərkəzi və qərbində güclü yağışlarla yanaşı, güclü küləklə də təsirini göstərən Lan tayfunu nəticəsində 20 nəfər xəsarət alıb. Ölkədə daşqınlar, elektrik enerjisinin kəsilməsi və nəqliyyatda fasilələr yaşanır.

Sitat.info xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi ölkənin Honsyu bölgəsindəki Kii yarımadasına çatan tayfunun ölkənin şərq və şimalında Hokkaydoya doğru istiqamətlənəcəyini bildirib.

Çaylar daşıb, binalara ziyan dəyib, tayfun nəticəsində nəqliyyatın hərəkəti iflic olub.

Aytəkin

Sitat.info



Xəbər xətti