Martın 28-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Fransanın İrəvandakı səfiri Ann Luyo ilə Qarabağdakı vəziyyəti müzakirə edib.
Musavat.com bu haqda erməni mediasına istinadən xəbər verir.
Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Mirzoyan beynəlxalq ictimaiyyətin adekvat reaksiyasının, Azərbaycan Silahlı Qüvvələrinin çıxarılmasına və Qarabağda vəziyyətin de eskalasiyasına yönəlmiş məqsədyönlü qiymətləndirmənin vacibliyini qeyd edib.
Ermənistanın xarici işlər naziri Azərbaycanın Qarabağdakı “mülki əhaliyə qarşı” hərəkətlərindən şikayətlənib.
Bundan əvvəl xəbər verilmişdi ki, Ermənistan xarici işlər nazirinin Rusiya Federasiyasının respublikadakı səfiri Sergey Kopırkinlə görüşündə də eyni məsələlər müzakirə olunub.
Həmçinin nazir rusiyalı həmsədrlə də görüşüb.