İşğal altındakı İordan çayının qərb sahilinin şimalında yerləşən Nablus şəhərində İsrail əsgərləri 11 fələstinlini yaralayıb.
Sitat.info xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada, İsrail qüvvələrinin müdaxiləsi zamanı Nablusun şərqindəki məhəllələrdə və Balata Qaçqınlar Düşərgəsində 11 fələstinlinin real və rezin örtüklü güllələrdən yaralandığı bildirilib.
Açıqlamada İsrail əsgərlərinin Nablusun girişində real güllələrdən yaralanan gəncə müdaxiləsinin qarşısını aldığı bildirilib. İsrail qüvvələrinin atdığı qazdan bölgədə onlarla insan da zərər çəkib.
Seymur Bənnayev
Sitat.info