İraqın Kərkük şəhərində 46 dərəcəni keçən hava istiliyi insanları bürüdü.
Sitat.info xəbər verir ki, şəhərin bəzi mərkəzi rayonlarında 44-45 dərəcə arasında ölçülən havanın temperaturu şəhərin mərkəzində 46 dərəcəni keçib.
Həddindən artıq istilərlə bərabər şəhərdə 12 saat elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Kərkük şəhər mərkəzində mikroavtobus sürücüsü olan Adil Həmid verdiyi açıqlamada son illərin ən isti havasını yaşadıqlarını və bu həddindən artıq istilərə baxmayaraq evinə çörək gətirmək üçün işini görməli olduğunu bildirib.
İraq Meteorologiya Müdirliyi ölkə daxilində bəzi yerlərdə hava istiliyinin bazar ertəsi gününə qədər 50 dərəcə və üzərinə çıxacağını açıqlayıb.
Seymur Bənnayev
Sitat.info