ABŞ mərkəzli şirkətlər Türkiyə ilə ABŞ arasında ikitərəfli ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün bir araya gəlib. Görüşdə ikitərəfli səfərlərin, investisiyaların və ticarət yönümlü fəaliyyətlərin artması ilə yeni dövrə qədəm qoyduğu vurğulanıb.
Sitat.info xəbər verir ki, "AmCham" Türkiyə (Amerika Şirkətləri Assosiasiyası) tərəfindən verilən açıqlamaya görə, AmCham Türkiyə Bodrumda təşkil etdiyi tədbirdə üzv ABŞ şirkətlərini bir araya gətirib.
Türkiyədə fəaliyyət göstərən 125 ABŞ şirkəti təmsil edən dərnəyin təşkil etdiyi yığıncaqda “İki ölkə arasında 200 ilə yaxın tarixə malik olan və günü-gündən inkişaf edən ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün daha çox iş görülməli" olduğu mesajı önə çəkilib.
AmCham Türkiyə sədri Tankut Turnaoğlunun ev sahibliyi etdiyi görüşün qonağı ABŞ-ın Ankaradakı səfiri Ceffri L. Flake və ABŞ-ın İstanbuldakı baş konsulu Julie Eadeh olub.
Seymur Bənnayev
Sitat.info