Niger Müdafiə Nazirliyindən verilən açıqlamada Tillaberi bölgəsində hərbi konvoya naməlum silahlı şəxslərin hücumuna məruz qaldığı qeyd edilib.
Sitat.info xəbər verir ki, hücumda 17 əsgərin şəhid olduğu, 20 əsgərin yaralandığı bildirilib.
Tillaberi, "3 ölkə sərhədi" olaraq tanınan Niger, Mali və Burkina Faso tərəfindən paylaşılan sərhəd xəttində yerləşir.
Bu sərhəd xətti tez-tez Əl-Qaidə və İŞİD-ə bağlı terror qrupları tərəfindən hücuma məruz qalır.
Terrorla mübarizə əməliyyatlarında 12 minə yaxın Nigeriya əsgəri iştirak edir, onların demək olar ki, yarısı Mali və Burkina Faso ilə 1400 kilometrlik sərhəddə yerləşir.
Nərgiz,
Sitat.info