Google, "Mind the Gap" proqramı çərçivəsində Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada 20 min gənc və qadına rəqəmsal təhsil təqdim edəcək.
Sitat.info xəbər verir ki, Nigeriya Prezidentliyindən verilən açıqlamaya görə, Nigeriyanın vitse-prezidenti Kaşim Şettima və Google Afrika rəhbərləri paytaxt Abucada bir araya gəlib.
Google-un Qərbi Afrika direktoru Çarlz Murito yığıncaqda verdiyi açıqlamada, Google-un başlatdığı "Mind the Gap" proqramı çərçivəsində Nigeriyada 20 min gənc və qadına rəqəmsal təhsil veriləcəyini bildirib.
Seymur Bənnayev
Sitat.info