İlin birinci rübündən sonra Hollandiya iqtisadiyyatı ikinci rübdə daralıb və tənəzzülə girib.
Sitat.info xəbər verir ki, Hollandiya Statistika İnstitutu (CBS) 2023-cü ilin ikinci rübünün artım templəri ilə bağlı aparıcı məlumatları açıqlayıb.
Məlumatlara görə, birinci rübdə əvvəlki rüblə müqayisədə yüzdə 0,4 daralan Hollandiya iqtisadiyyatı ikinci rübdə yüzdə 0,3 daralıb.
Beləliklə, Avropanın ən mühüm iqtisadiyyatları sırasında olan Hollandiya tənəzzülə girib.
İstehlak xərclərinin və ixracatın azalması səbəbindən Hollandiya COVID-19 epidemiyasının başlanğıcından bəri ilk dəfə tənəzzülə girib.
Ölkədə ərzaq və enerji qiymətlərinin artması inflyasiyanın sürətlə artmasına və iqtisadi fəallığın ləngiməsinə səbəb olub.
Seymur Bənnayev
Sitat.info