Rusiya Müdafiə Nazirliyi səhər saatlarında Moskva vilayətində üç Ukrayna PUA-nın hücum cəhdinin qarşısı alındığını açıqlayıb.
Sitat.info xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyi Luqansk və Donetsk bölgələri arasında yerləşən Urojayne kəndinin ruslardan geri alındığını açıqlayıb.
“Moskva vaxtı ilə saat 05:00 radələrində Kiyev rejiminin üç pilotsuz təyyarə ilə Kaluqa vilayətindəki obyektlərə terror aktı törətmək cəhdinin qarşısı alınıb”, - Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
"Rusiya hava hücumundan müdafiə sistemləri bütün PUA-ları vaxtında aşkar edərək məhv edib. Xəsarət və dağıntı olmayıb”, - deyə məlumatda bildirilir.
Seymur Bənnayev
Sitat.info