İran: Sərbəst buraxılan valyuta aktivləri istehsal üçün istifadə olunacaq

15:40 16 Avqust 2023

İran prezidenti İbrahim Rəisi ABŞ-la razılaşma çərçivəsində sərbəst buraxılan milyardlarla dollarlıq valyuta aktivlərini yerli istehsalı dəstəkləmək üçün istifadə edəcəklərini bildirib.

Sitat.info xəbər verir ki, İran dövlət televiziyasının məlumatına görə, prezident İbrahim Rəisi paytaxt Tehranda keçirilən Nazirlər Kabinetinin iclasında çıxışı zamanı ABŞ-ın birtərəfli sanksiyaları səbəbiylə xaricə blokadaya qoyulan milyardlarla dolların müqavilə çərçivəsində azad edilməsinə toxunub.

Ölkəsinin uzun müddət blokadada olan valyuta ehtiyatlarının sərbəst buraxılmasını "diplomatik uğur" kimi xarakterizə edən Rəisi, milli təhlükəsizlik qazanımlarına bir partiya və ya fraksiya nöqteyi-nəzərindən baxılmamalı olduğunu söyləyib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti