ABŞ İrandan Rusiyaya kamikadze dronların satışını dayandırmağı xahiş edib

15:57 16 Avqust 2023

Vaşinqton administrasiyası İrandan Rusiyaya ehtiyat hissələrinin, eləcə də Moskvanın Ukrayna müharibəsində istifadə etdiyi deyilən kamikadze dronların (PUA) satışına son qoymasını istəyib.

Sitat.info xəbər verir ki, “Financial Times”ın açıqlanmayan mənbələrə əsaslanan xəbərinə görə, tərəflər arasında ABŞ və İran arasında gərginliyin azaldılması və İranın nüvə proqramının nəzarət altına alınması üçün aparılan dolayı danışıqlarda Vaşinqtonun Tehrandan Rusiyaya uçan kamikadze PUA kimi eləcə də PUA ehtiyat hissələrinin satışını dayandırmaq istədiyini bildirib.

Bildirilib ki, ABŞ administrasiyası bu il Qətər və Omanda İranla aparılan danışıqlarda məsələni gündəmə gətirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti