Salyanda 25 yaşlı qadın qətlə yetirilib.
Sitat.info xəbər verir ki, avqustun 16-da saat 15 radələrində Salyan rayonunun Arbatan kəndində 1998-ci il təvəllüdlü İbrahimova Günel Qurban qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1993-cü təvəllüdlü Qaraş Rabil oğlu İbrahimov könüllü polisə gələrək təslim olub.
Faktla bağlı araşdırma aparılır.