Qaşqay fəal ağır həbs cəzasına məhkum edildi

18:09 16 Avqust 2023

Qaşqayların milli fəallarından olan Əbülfəz Kərəmi Şiraz şəhərinin İnqilab Məhkəməsi tərəfindən 5 il müddətinə azadlıqdan məhrum edilib.

Sitat.info xəbər verir ki, bu barədə qaşqay fəalları məlumat yayıblar.

Onun həbs cəzası bitdikdən sonra 5 il müddətinə ölkədən çıxışına, 2 il müddətinə sosial mediada fəaliyyətinə qadağa da qoyulub.

Əbülfəz Kərəminin dinc mədəni və milli fəaliyyətlərinə görə cəzalandırıldığı qeyd edilib.



Xəbər xətti